» » "Milan"dan böyükhesablı qələbə


"Milan"dan böyükhesablı qələbə

19-07-2020, 11:59
Çap et
"Milan"dan böyükhesablı qələbə İtaliya A seriyasında XXXIV tur başlayıb.
Apasport.az saytının məlumatına görə, ilk gündə 3 görüş olub.
Uğurlu mövsüm keçirən "Atalanta" gözlənilmədən "Verona" səfərində 1 xalla razılaşıb.
Avropa Liqasına iddia edən "Sassuolo" da "Kalyari" ilə görüşdən eyni hesablı heç-heçə ilə ayrılıb.
"Milan" isə doğma arenasında "Bolonya"nı asanlıqla məğlub edərək, 6-cı pilləyə yüksəlib.
Turun digər matçları iyulun 19-20-də keçiriləcək.

İtaliya A seriyası
XXXIV tur
18 iyul
"Verona" - "Atalanta" - 1:1
Pessina, 59 - Zapata, 50
"Kalyari" - "Sassuolo" - 1:1
Joao Pedro, 63 - Kaputo, 12
"Milan" - "Bolonya" - 5:1
Salemakers, 10; Çalhanoğlu, 24; Bennaser, 49; Rebiç, 57, Kalabria, 90+2 - Tomiyasu, 44
Reytinq: