Bu gün AVRO-2020-nin Bakıda ikinci oyunu keçiriləcək16-06-2021, 05:59
Çap et Saat 20:00-da Bakı Olimpiya Stadionunda A qrupunda iştirak edən Türkiyə və Uels milliləri üz-üzə gələcək. Qeyd edək ki, A qrupunun 3 matçının Bakıda keçirilməsi nəzərdə tutulub. İyunun 12-də keçirilmiş ilk oyunda Uels İsveçrə ilə 1-1 oynayıb. Bundan başqa, Bakı Olimpiya Stadionu iyunun 20-də Türkiyə-İsveçrə oyununa ev sahibliyi edəcək. İyulun 3-də 1/4 final mərhələsinin bir oyunu Bakıda baş tutacaq. AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək. Qeyd edək ki, Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
