Azərbaycan qazını daşıyacaq layihənin gecikməsinə görə külli miqdarda cərimə tətbiq oluna bilər18-06-2021, 06:39
Çap et Bunu Bolqarıstanın energetika naziri Andrey Jivkov deyib. O bildirib ki, tikintinin başa çatması ilə bağlı razılaşdırılmış müddətə əməl olunmayacağı təqdirdə cərimə tətbiq olunacaq: "Bunun baş verəcəyi təqdirdə Bolqarıstan tərəfi ləngimənin hər bir günü üçün 90 min avro məbləğində cərimənin tətbiq olunmasına başlayacaq. Bu xəbərdarlığın qeyd olunduğu məktub J&P AVAX şirkətinə göndərilib". Qeyd edək ki, Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru tikinti mərhələsindədir və tikintinin 2021-ci ilin sonunadək başa çatması planlaşdırılır. (Tərcümə: Orxan Nəbiyev) Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
