Heqiqet.Az » dunya » Avstraliyanın iri şəhəri karantinə bağlanır


Avstraliyanın iri şəhəri karantinə bağlanır

30-06-2021, 07:00
Çap et
Avstraliyanın iri şəhəri karantinə bağlanır Mərkəzi Avstraliyanın ən iri şəhəri Elis-Sprinqs 3 günlük karantinə bağlanıb.
Karantin qərarı qızıl mədənində işləyən şaxtaçılar arasında koronavirusa yoluxma hallarının artması ilə əlaqədar verilib.
Qeyd olunur ki, mədənçilərdən birində COVID-19 infeksiyasının "Delta" ştammı aşkar edilib. Onun təxminən 900 nəfərlə ünsiyyətdə olduğu ehtimal olunur.
Qərara əsasən, bu gündən etibarən Elis-Sprinqs şəhərinə giriş-çıxış bağlanır, şəhər ərazisində hərəkət məhdudlaşdırılır.
Reytinq: