“Art Management” layihəsi çərçivəsində növbəti vebinar keçiriləcək22-07-2021, 06:40
Çap et Layihə çərçivəsində baş tutacaq təlim multimedia və performans rəssamı Vüsal Rəhim tərəfindən keçiriləcək. Mədəniyyət Nazirliyindən bildirilib ki, Vüsal Rəhim 2011-ci ildən etibarən yaradıcılığına başlamışdır. O, rəngkarlıq, qrafika, teatr və səhnə-dekor tərtibatı ilə yanaşı videoart, fotoqrafiya və heykəltəraşlıq sənətində də özünü sınamağa çalışır. Vüsal Rəhimin 2013-cü ildə "Black Woman", 2017-ci ildə "My name is Sarah'', 2018-ci ildə "Nurcan" fərdi sərgiləri keçirilmişdir. Vüsal Rəhimov "Qaranlıqlar çiçəyi" Azərbaycan və Türkiyəli kino xadimlərinin iştirakı ilə 13 bölümlük teleserialda, "Məmməd Səid Ordubadinin 140 illik yubileyi" münasibəilə keçirilən konsertdə, "Əxşas" Abdulla Şaiq pyesi əsasında tamaşada, "Skapenin kələkləri" Jan Batis Molyer 2 hissəli komediasında, "Qızıl toy" operettasında, Çarlz Peron "Yatmış gözəl və karliklər", "Nuri-didye Ceyhun" tamaşalarında quruluşçu rəssam olmuşdur. "Zoom" tətbiqi vasitəsilə keçiriləcək treninqdə dinləyici qismində iştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün "Art Management" başlığını qeyd etməklə (artmanagementadrq@gmail.com) elektron-poçt ünvanımıza müraciət etmələri xahiş olunur. Layihəni Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), "Facebook" və "İnstagram" sosial media hesabları vasitəsilə izləmək mümkündür. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
