Heqiqet.Az » siyaset » Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi və 30 illik münaqişəyə son qoydu


Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi və 30 illik münaqişəyə son qoydu

15-10-2021, 13:42
Çap et
Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi və 30 illik münaqişəyə son qoydu Məmmədov Təzəxan Qılınc oğlu,
Badamdar Bələdiyyəsinin sədri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il oktyabrın 11-də Belqrad şəhərində keçirilən Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş yüksək səviyyəli toplantının rəsmi açılış hissəsinə sədrlik edərək videoformatda proqram xarakterli çıxış etmişdir. Ölkəmiz 2019-cu ildən dünyanın ən böyük, nüfuzlu təşkilatlarından biri olan Qoşulmama Hərəkatına sədrlik edir. BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir. Cənab Prezidentin yubiley toplantısında hərəkatın sədri kimi çıxış etməsi olduqca əlamətdar hadisədir.
Ölkə başçısı çıxışında 44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan QH-nin yeddi ölkəsinin Azərbaycana verdiyi dəstəyi xüsusi vurğulamışdır.Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər.
Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi.Hərbi təcavüzə və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtina etməsinə baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi.
2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi. 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi və 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.
Dövlətimizin başçısı çıxışında daha bir mühüm məqama toxunmuşdur. Cənab Prezident qeyd etmişdir ki, dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan hərəkatda sədrliyinə məsuliyyətlə yanaşıb və pandemiya nəticəsində yaranan təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərib.Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmişdir. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır.
Bununla yanaşı Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Eyni zamanda, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün Azərbaycan Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etmişdir.
2022-ci ildə 3 illik sədrliyi yekunlaşmalı olan Azərbaycan daha bir il – 2023-cü ilin sonunadək Qoşulmama Hərəkatına rəhbərlik edəcək. Bu qərar QH üzvləri tərəfindən Azərbaycanın quruma uğurlu rəhbərliyinəgörə qəbul edilmişdir.

Reytinq: