Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb1-05-2026, 12:34
Çap et Müdafiə Nazirliyindən verilən məlumata görə, toplanışın yekunlaşması ilə əlaqədar keçirilən bağlanış mərasimində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, toplanış zamanı iştirakçıların döyüş vərdişləri və bacarıqları inkişaf etdirilib, qarşıya qoyulan məqsədlərə nail olunub. Plana uyğun olaraq, hərbi vəzifəlilərlə atəş, taktiki, sıra, fiziki, ictimai-siyasi hazırlıq üzrə məşğələlər, eləcə də müxtəlif ixtisaslar üzrə nəzəri və praktiki məşğələlər keçirilib, vətənpərvərlik istiqamətində maarifləndirici söhbətlər aparılıb. Sonda iştirakçılara gələcək işlərində uğurlar arzulanıb və təlimdə fərqlənənlərə fəxri fərmanlar verilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
