Zəfər Günü ilə əlaqədar rəsm müsabiqəsi keçirilir28-10-2021, 06:32
Çap et [thumb=left]http://heqiqet.az/uploads/posts/2021“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi uşaqlar arasında xalqımızın və dövlətimizin Qarabağ zəfərinə həsr olunan “Zəfər Günü” adlı rəsm müsabiqəsi elan edir.
Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. Müsabiqənin əsas məqsədi tarixi qələbəni uşaqların gözü ilə görmək və onlarda vətənpərvərlik ruhunu aşılamaqdır. Müsabiqənin 5-10 və 11-15 yaşlı uşaqların iştirakı ilə 2 kateqoriya üzrə keçirilməsi nəzərdə tutulur. İştirakçılar istənilən boya növü və rəsm texnikasını istifadə etməkdə sərbəstdir. Müsabiqənin şərtləri aşağıdakılardır: • İştirakçılar müsabiqəyə ölçüsü ən azı A4 vərəqi ölçüsündə olan rəsmlərlə qatıla bilər; • Rəsmlər ancaq əl işlərindən ibarət olmalı, onların hazırlanması zamanı heç bir kompüter və ya digər texnoloji vasitələrin imkanlarından istifadəyə yol verilməməlidir; • Daha öncə başqa müsabiqələrə təqdim olunmuş və ya mükafat qazanmış rəsmlər təkrarən istifadə oluna bilməz; • Hər iştirakçı müsabiqəyə yalnız 1 rəsm təqdim edə bilər. Müsabiqənin qaliblərinə İdarə tərəfindən mükafatlar təqdim olunacaq. Hər bir iştirakçıya isə Bəhram Bağırzadənin şəxsi imzası ilə uşaq kitabları hədiyyə ediləcək. İştirakçılar əl işlərini 27.10.2021-dən – 4.11.2021-dək saat 09:00-18:00 aralığında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzdində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinə təqdim edə bilərlər. Ünvan: İçərişəhər, Böyük Qala küç 28 Qeyd edək ki, işlər 6-9 noyabr tarixlərində Bakı Xan Sarayı Kompleksinin parkında yaradılan “Art Zonası”nda sərgilənəcək. Ünvan: İçərişəhər, Böyük Qala 46. Münsiflər heyəti: Bəhram Bağırzadə - aktyor, rejissor, teleaparıcı, Rəssamlar Assosiasiyasının üzvü İrina Eldarova - Azərbaycanın Əməkdar rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Anna İbrahimbəyova - Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Bəhruz Kəngərli - rəssam Orxan Qarayev - rəssam Twitter: @cingizsafarli-10/1635402711_2.jpg[/thumb] Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
