Heqiqet.Az » siyaset » Razi Nurullayevin etirazına Fəzail Ağamalıdan REAKSİYA


Razi Nurullayevin etirazına Fəzail Ağamalıdan REAKSİYA

21-12-2021, 06:16
Çap et
Razi Nurullayevin etirazına Fəzail Ağamalıdan REAKSİYA "Deputat həmkarım Razi Nurullayevin fikirlərinə cavab verməmək mümkün deyil. İstənilən layihəyə səs verməmək haqqı var. Amma bu fonda çıxış edərək ölkədə baş verən quruculuq işlərinə xələl gətirir".
Bunu deputat Fəzail Ağamalı Milli Məclisin iclasında deyib.
Deputat qeyd edib ki, Azərbaycan məsuliyyətli ölkədir:
"Bu gün təqdim edilən layihə bütün süzgəclərdən keçərək Milli Məclisə gəlib. Deputat həmkarım ətraflı məlumat almaq istəyirsə, müraciət edə bilər. Hansısa məqsədlərə görə bu cür çıxışları qəbul etmirəm".
Qeyd edək ki, dünən Milli Məclisdə Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu”nun təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə edilib.
Deputat Razi Nurullayev isə qanun layihəsinə mənbələrin olmaması ilə bağlı etiraz edib.
Reytinq: