Heqiqet.Az » tehsil » "LƏNKƏRANDA BÖYÜK ADAM MİRZƏ AĞƏLİ ƏLİYEV"


"LƏNKƏRANDA BÖYÜK ADAM MİRZƏ AĞƏLİ ƏLİYEV"

24-12-2021, 12:07
Çap et
"LƏNKƏRANDA BÖYÜK ADAM MİRZƏ AĞƏLİ ƏLİYEV" Nahidə Aslanqızı
yazıçı

Atam həmişə deyərdi: 'Babam Mirzə Ağəli Əliyev Lənkəranda böyük adam olub'. Atamın mənə danışdığı və mətbuat səhifələrində də dərc olunan ("Yaddaş" qəzeti 05.09.2009 və.s) kiçik bir xatirəni sizə nəql edirəm:
"Bir gün Ağəli müəllim dərs deyərkən qapı döyülür. Şəhər qubernatoru müəllimdən içəri girməyə icazə istəyir.Ağəli müəllim onu sinfə buraxır. Qubernator bildirir ki,oğlum axşam məndən soruşdu:- Ata,sən böyüksən,yoxsa səndən böyük də var? Mən ona cavab verdim ki,məndən böyük var və sabah göstərərəm. Oğluma özümdən böyük insanı göstərmək üçün buraya gəldim. Əgər siz icazə verməsəydiniz mən sinfə girməzdim. Çünki,siz hamımızın böyüyü,müəllimi və ağsaqqalısınız".
Mirzə Ağəli Əziz oğlu Əliyev-- dövrünün məhşur şairi,istedadlı jurnalisti,Azərbaycanın ilk müzeyşünaslarından biri,LƏNKƏRAN TARİX-diyarşünaslıq muzeyinin banisidir.
Reytinq: