Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi keçirilib30-12-2021, 07:04
Çap et Heydər Əliyev Fondundan verilən məlumata görə, əvvəlki illərdə Fondun prezidenti Mehriban Əliyevanın iştirakı ilə Buta sarayında uşaq evləri və internat məktəblərinin sakinləri, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqlar üçün şənlik təşkil edilirdi. Amma son 2 ildir COVID-19 pandemiyası ilə əlaqədar çox sayda insanın bir yerə toplaşması karantin rejiminin qaydalarına uyğun olmadığından, Fond bu kateqoriyadan olan uşaqları fərqli şəkildə təbrik edir. Heydər Əliyev Fondunun əməkdaşları bayram ərəfəsində paytaxt Bakı və regionlarda uşaq evləri və internat məktəbləri, həmçinin sosial xidmət müəssisələrində olaraq Fondun prezidenti Mehriban Əliyevanın təbrikini, müxtəlif oyuncaqlar və şirniyyatlardan hazırlanan bayram sovqatlarını çatdırıb. Bayram süfrəsi ətrafında Şaxta baba və uşaqların sevdikləri nağıl personajlarının iştirakı ilə şənlik təşkil edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
