Deputat: “Bakıdan ev alsam, kirayə pulunu dayandıracam”4-02-2022, 07:39
Çap et Bunu millət vəkili Naqif Həmzəyev İTV-də qonaq olarkən deyib. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü bildirib ki, Bakıda ev sahibi olduqdan sonra kirayə pulu almağı dayandıracaq: “Hazırda faktiki olaraq adıma ev yoxdur. Bu problem öz həllini tapdıqdan sonra mən də kirayə pulu almağı dayandıracam. Hazırda kirayədə yaşayıram”. Qeyd edək ki, Bakıda mənzili olmayan deputatlara kirayə pulunun verilməsi məsələsinə 2000-ci ilin əvvəllərindən başlanılıb. 2006-cı ildən etibarən bu məbləğ 220 manat həcmində qəbul edilib. Son 15 il ərzində bu rəqəm dəyişməyərək olduğu kimi qalıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
