Çempionlar Liqası: "İnter" doğma divarlar arasında "Liverpula" məğlub olub17-02-2022, 07:00
Çap et "Mersisaydlıların" heyətində Roberto Firmino (75-ci dəqiqə) və Məhəmməd Salah (83) fərqlənib. Komandalar sonuncu dəfə Çempionlar Liqasının 2007/08 mövsümünün 1/8 finalında üz-üzə gəlib, o zaman ingilis klubu hər iki görüşdə qalib gəlib (2:0 və 1:0). Gecənin digər oyununda Avstriyanın "Zaltsburq" klubu Almaniya nəhəgi "Bavariya" ilə görüşdə qələbəni son anda əldən verib. Matçın 21-ci dəqiqəsində Adamu Çikvubuykenin qoluna 90-cı dəqiqədə Kinqsli Koman cavab verib. Cavab görüşləri martın 8-də keçiriləcək. Qeyd edək ki, səkkizdəbir final mərhələsinin ilk iki oyununda "Paris Sen-Jermen" Fransada İspaniyanın "Real Madrid" klubunu 1:0, İngiltərənin "Mançester Siti" komandası isə Portuqaliyada "Sportinq"i 5:0 hesabı ilə yenib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
