Bolqarıstan təbii qazın əlavə tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparmaq niyyətindədir3-03-2022, 08:57
Çap et Bunu ölkənin energetika naziri Aleksandr Nikolov deyib. Onun sözlərinə görə, Rusiyadan tədarüklə bağlı problemlərin yaranacağı halda bir sıra real alternativlər, o cümlədən "Cənub Qaz Dəhlizi" üzrə tədarük alternativi mövcuddur. Nazir əlavə edib ki, Yunanıstan ərazisindən mayeləşdirilmiş təbii qazın tədarükləri də mümkündür. Qeyd edək ki, Bolqarıstan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi vasitəsilə Azərbaycandan ildə bir milyard kubmetr qaz əldə etməyi planlaşdırır. IGB-nin 2022-ci ilin iyulunda işə salınması nəzərdə tutulur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
