Ali Baş Komandan İlham Əliyev - TARİX YAZAN SƏRKƏRDƏ5-03-2022, 17:09
Çap et Cənab Ali Baş Komandanımız İlham Əliyev düşməni həm döyüş meydanında, həm də siyasi arenada diz üstə qoydu. Hərtərəfli məlumata sahib olan prezidentimiz xarıci jurnalistlərlə olan müsahibələriylə də dünyaya səs saldı. Azərbaycan xalqı olaraq bu müsahibələrə baxdıqca, belə bir prezidentimiz olduğu üçün daha çox qürur duyuruq. Cənab Prezident yorulmadan bütün döyüş əməliyyatlarına başçılıq etməklə bərabər, həm xarici mediaya verdiyi müsahibələri, həm də mövcud vəziyyəti olduğu kimi xalqımıza çatdırmaqla böyük bir uğura imza atdı.Xalqımızın ən kiçiyindən tutmuş ən böyüyünə kimi onun qürur, zəfər dolu müraciətlərini, tvitlərini səbirsizliklə gözləyirdik. Prezidentimiz sözün əsl mənasında, xalq, ordu, dövlət birliyi ilə Azərbaycan adlı güclü bir ailə yaratdı. Xalqa müraciətlərində işlətdiyi cümlələr hələ uzun illər dillərdən düşməyəcək. Ürəyimizin səsini dilə gətirərək səsləndirən prezidentimizin hər müraciəti yaddaşlara həkk olundu. Beynəlxalq təşkilatların diqqəti bu problemə yönəldi, Dağlıq Qarabağ probleminin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya yayıldı və beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişdi. Dünya birliyi Xocalı soyqırımını tanımağa başladı. Onun sayəsində biz Qarabağımıza, evimizə yenidən qovuşduq. O, tarixi ədaləti uğurla və qətiyyətlə bərpa etdi. Qarabağ ətrafında cərəyan edən siyasi proseslərin təhlili göstərdi ki, Qarabağ məsələsi və bütövlükdə Cənubi Qafqaz qlobal siyasi oyunçuların maraq dairələrinin üz-üzə dayandığı müstəvilərdən birinə çevrilib. Həm də bu səbəbdən, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın lehinə olan məlum dörd qətnaməsi 27 il boyunca icra edilmədi. Bu illər ərzində Azərbaycan hakimiyyətinin prioritet hədəfi, bir tərəfdən ölkəmizin ərazi bütövlüyünü bərpa etmək idisə, digər tərəfdən, səylər bölgəmizin qlobal toqquşma məkanına çevrilməməsinə yönəlmişdi. Xaricdən gələn çoxsaylı təhdid və təzyiqlərə, bəzilərinin beynəlxalq-hüquq normalarını siyasi maraqlarının güdazına verməsinə baxmayaraq, Azərbaycan iqtidarı hər iki vəzifənin öhdəsindən uğurla gələ bildi. 44 günlük Vətən müharibəsində Azərbaycan haqq savaşında ədaləti və beynəlxalq hüququ bərpa edərək həm tarixi Zəfər qazandı, həm də regionun Yaxın Şərq ölkələrinin acı aqibəti ilə üzləşməsinə imkan vermədi. Ölçülüb biçilmiş xarici siyasət strategiyası sayəsində qardaş və dost dövlətlərin birmənalı siyasi-mənəvi dəstəyini qazandıq, bununla da ölkəmizin xarici təhlükə və təhdidlər altında təklənməsinin qarşısı alındı. Azərbaycan iqtidarının həll edə bildiyi bu mürəkkəb vəzifələr indi sadə cümlələrlə ifadə olunsa da, onların hər birinin arxasında illərin zəhməti və əzmkarlığı dayanır. Qazandığımız tarixi Zəfəri müharibədən sonra bəzi dünya güclərinin həzm edə bilmədiyinin, onu qıcıq və narahatlıqla qarşıladıqlarının da şahidi olduq. Sözdə haqq və ədaləti, demokratik dəyərləri təbliğ edənlərin bir qismi ya açıq şəkildə, ya da bağlı qapılar arxasında Ermənistana dəstək verdilər, ictimai qavramda tənəzzülə uğramış Minsk qrupunun fəaliyyətini və separatçı rejimə status verilməsi niyyətini “diriltmək” üçün dəridən-qabıqdan çıxdılar. Proses səngisə də, təəssüf ki, belə xülyalarla yaşayanlar hələ də var idi. Beynəlxalq hüquqa zidd olan bu cür cəhdlərin ciddi siyasi ünvanlardan qaynaqlanmasına baxmayaraq, Prezident İlham Əliyev siyasi iradə ortaya qoydu və onlara qətiyyətlə olmayacaq dedi. Məhz bu siyasi iradənin sayəsində 10 noyabr, 11 yanvar və 26 noyabr tarixli üçtərəfli birgə bəyanatların heç birində Minsk qrupu və statusla bağlı hər hansı müddəa nəzərdə tutulmadı. Avropa İttifaqı Şurası rəhbərliyinin təşəbbüsü ilə baş tutan Brüssel görüşü də ermənilərin gözləntisini doğrultmadı. Əksinə, ölkəmizin haqlı mövqeyinə uyğun olaraq, bu görüşdə də postmünaqişə dövrünün reallığından danışıldı, Minsk qrupu və status məsələsi yenə də gündəmə gətirilmədi. Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə görüşündən əvvəl NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirakı regionun böyük siyasi maraqların toqquşduğu deyil, uzlaşdırıldığı məkana çevrilməsi baxımından olduqca əhəmiyyətlidir. Dövlətimizin başçısı ilə NATO-nun Baş katibi Yens Stoltenberqin birgə mətbuat konfransı göstərdi ki, Alyans ölkəmizlə əməkdaşlığa, Azərbaycanın “Qətiyyətli dəstək” missiyasına göstərdiyi xidmətlərə xüsusi önəm verir. Prezidentimizin mətbuat konfransında səsləndirdiyi bu fikir isə ölkəmizin də əməkdaşlığa hər zaman açıq olduğunu bir daha nümayiş etdirdi: “Eyni zamanda, biz NATO-nun hazırkı və aparıcı üzvlərindən biri olan Türkiyə ilə birgə hərbi təlimlər keçirmişik. Bu da regionda sülh və sabitlik işinə xidmət edir. Ali Baş Komandan İlham Əliyevin mətbuat konfransında verdiyi ciddi mesajlardan biri də məhz Zəngəzur dəhlizi ilə bağlı oldu: “Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin üçtərəfli görüşün nəticələrinə dair yaydığı bəyanat da göstərir ki, ölkəmizin əldə etdiyi tarixi Zəfərlə bölgədə yaratdığı yeni reallıq Avropa İttifaqının mövqeyinə təsirsiz ötüşməyib. Elə bu səbəbdən, Bəyanatda əksini tapan fikirlər Azərbaycanın maraq və mövqeyi ilə üst-üstə düşür. Artıq bu gün cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında azad olunmuş torpaqlarımızda böyük quruculuq işləri uğurla davam edir. Bu da vətəntdaşlarımızın tezliklə öz yurdlarına qayıtmasından xəbər verir. İnanıram ki Qarabağda viran qoyulan yaşayış yerlərimizin yerinə müasir dövrün tıələblərinə cavab verən yeni məskənlər calınacaq. Gülşən Fəxrəddin qızı Novruzova, ADPU-nun Elmi-Tədqiqat Mərkəzinin Tətbiqi tədqiqatlar bölməsinin müdiri, dosent, pedaqogika üzrə fəlsəfə doktoru, "Qabaqcıl təhsil işçisi" döş nişanı təltifçisi Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Cənab Ali Baş Komandanımız İlham Əliyev düşməni həm döyüş meydanında, həm də siyasi arenada diz üstə qoydu. Hərtərəfli məlumata sahib olan prezidentimiz xarıci jurnalistlərlə olan müsahibələriylə də dünyaya səs saldı. Azərbaycan xalqı olaraq bu müsahibələrə baxdıqca, belə bir prezidentimiz olduğu üçün daha çox qürur duyuruq. Cənab Prezident yorulmadan bütün döyüş əməliyyatlarına başçılıq etməklə bərabər, həm xarici mediaya verdiyi müsahibələri, həm də mövcud vəziyyəti olduğu kimi xalqımıza çatdırmaqla böyük bir uğura imza atdı.