» » Xalqımız ona görə xoşbəxtdir ki, onun İlham Əliyev kimi prezidenti var


Xalqımız ona görə xoşbəxtdir ki, onun İlham Əliyev kimi prezidenti var

14-03-2022, 19:30
Çap et
Xalqımız ona görə xoşbəxtdir ki, onun İlham Əliyev kimi prezidenti var Yeganə Baxşəliyeva,
Bakı şəhəri general Məhəmməd Əsədov adına 29 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, “Qızıl Qələm”, “Vətənpərvər xanım”, “Azərbaycan bayrağı”, “Qabaqcıl təhsil işçısı”, “İlin nüfuzlu ziyalısı”, “İlin müəllimi” və “Sadiq Heydərçı” mükafatları laureatı.


Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət, yenilməz dövlət başçısı Heydər Əliyev özünün həyat fəaliyyətinin böyük hissəsini xalqımızın, millətimizin xoşbəxt gələcəyinə həsr etmiş, milli dəyərlərimizin özünə qaytarılmasında misilsiz xidmətlər göstərmişdir.
Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, onun taleyinə Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyət düşüb. Bir də ona görə ki, onun İlham Əliyev kimi prezidenti var. Elə bir prezident ki, xalqımızı xoşbəxt gələcəyə aparmağa qadirdir.
Zəfər və Novruz bayramı münasibətilə əziz Prezidentimizi və xalqımızı təbrik edir, xalqımızın xoş günləri naminə uğurlar arzulayırıq.
Reytinq: