Kənd təsərrüfatının bütün sahələrinin rəqəmsallaşdırılmasını təmin etməliyik - Nazir6-05-2022, 06:54
Çap et Bunu kənd təsərrüfatı naziri İnam Kərimov FAO-nun dəstəyi ilə nazirlik tərəfindən təşkil olunmuş kənd təsərrüfatının rəqəmsallaşdırılması üzrə beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı yüksək templə artır. "Azərbaycan kənd təsərrüfatının rəqəmsallaşdırılması sahəsində uzun yol qət edib. Biz kənd təsərrüfatının bütün sahələrinin rəqəmsallaşdırılmasını təmin etməliyik. Bu, kənd təsərrüfatı sektorunu gələcək transformasiyaya uyğunlaşdırmağa kömək edəcək", - nazir deyib. O əlavə edib ki, rəqəmsallaşma Azərbaycanın bütün bölgələrində aparılır. "Azad edilmiş ərazilərdə də ən yeni texnologiyalar tətbiq olunur", - İ.Kərimov bildirib. Bundan başqa, nazir Azərbaycanın nəqliyyat və logistika mərkəzinə çevrilmə yolunda uğurlarından danışıb. "Bu gün, tədarük zəncirləri qırıldığı vaxtda bu, xüsusilə vacibdir. Azərbaycan bütün istiqamətlər üzrə körpüyə çevrilə bilər", - nazir bildirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
