Bakıda memarlıq və şəhərsalma ilə bağlı bir çox problemlər həllini tapıb - Memarlar İttifaqı23-05-2022, 06:19
Çap et Bu barədə Azərbaycan Memarlar İttifaqının Katibliyindən bildirilib. "Təkcə onu demək kifayyətdir ki, Memarlar İttifaqı tərəfindən 200-dən çox yeni aşkar olunmuş qiymətli binaların siyahısı Mədəniyyət Nazirliyinə dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına daxil olunması təklifi irəli sürülmüşdür. Eyni siyahı məlumat üçün Dövlət Şəhərslama və Arxitektura Komitəsinə də təqdim olunmuşdur. Bu ilin may ayının 18-də Azərbaycan Memarlar İttifaqının Katibliyinin növbəti iclası keçirilmiş və bir sıra vacib məsələlər içərisində yuxarıda qeyd olunmuş təcrübəni daha da genişləndirmək məqsədilə Azərbaycan Memarlar İttifaqının yanında “Vətəndaş” ictimai hərəkatının təşkili haqqında qərar qəbul olunmuşdur. Bu hərəkata təkcə memarlar yox, geniş ictimaiyyətin belə cəlb olunması nəzərdə tutulmuşdur. Katibliyin qərarı ilə “Vətəndaş” ictimai hərəkatinin təşkilatçılığı tanınmış memar, memarlıq irsinin fəal müdafiəçisi Əbdül Hüseynova tapşırılmışdır", - məlumatda deyilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
