“Qarabağın incisi – Şuşa” adlı II Respublika rəsm əsərləri və əl işlərindən ibarət müsabiqə-sərginin açılış mərasimi keçirilib31-05-2022, 12:19
Çap et Sərgidə Azərbaycanın dilbər guşələrindən olan və Azərbaycan müzəffər ordusu tərəfindən düşmən tapdağından azad olunmuş Qarabağımızın incisi Şuşa və Qarabağı əks etdirən 100-dən çox əl işi və rəsm əsərləri yer alıb. Mart ayından start verilən müsabiqəyə Azərbaycanın müxtəlif bölgələrindən 5 yaşından 65 yaşa qədər olan əl qabiliyyətli, istedadlı insanlar öz əl işləri ilə müxtəlif kateqoriya üzrə tədbirə qatılıblar. Müsabiqə 2 kateqoriya - təsviri incəsənət və tətbiqi sənət üzrə 3 naminasiyada keçirilib. Münsiflər Heyətinin üzvləri - Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Respublikasının xalq rəssamı Ağaəli İbrahimov, Teatr Muzeyinin direktor müavini, Rəssamlar İttifaqının üzvü, rəssam Nazim Məmmədov, Memarlıq üzrə fəlsəfə doktoru, muzeyin Təsviri materiallar Fondunun müdiri Nardanə Yusifova və Bərpaçı-rəssam əməkdar mədəniyyət işçisi Gülşən Hacıyevanın iştirakı ilə sərginin işləri dəyərləndirilib qaliblər seçilib. Tədbirdə qeyd olundu ki, bu muzeydə II respublika müsabiqəsidir və belə tədbirlər davamlı olacaq. Hər iki kateqoriya üzrə 3 yerin qalibi seçilib və münsiflər heyətinin rəğbətini qazanan həvəsləndirici işlər yer alıb. Seçilən qaliblər mükafatlandırılıb və fəxri fərmanlarla təltif olunub. Müsabiqənin bütün iştirakçılarına sertifikatlar təqdim olunub. Layihənin rəhbəri və kuratoru Aynur Babayevadır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
