» » Allahşükür Paşazadə Avstriyaya gedir


Allahşükür Paşazadə Avstriyaya gedir

21-06-2022, 10:55
Çap et
Allahşükür Paşazadə Avstriyaya gedir Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyunun 22-də Avstriya Federativ Respublikasına yola düşür.
İdarədən verilən məlumata görə, səfərdə məqsəd Vyana şəhərində keçiriləcək “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi” mövzusunda Beynəlxalq Konfransının təşkili və KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin toplantısında iştirak etməkdir.
QMİ sədri A.Paşazadə iyunun 23-də KAİCİİD Beynəlxalq Mərkəzinin Direktorlar Şurası və Məşvərət Şurasının birgə iclasında iştirak və çıxış edəcəkdir. Beynəlxalq Mərkəzin həmtəsisçisi olan ölkələr – Avstriya, İspaniya, Vatikan və Səudiyyə Ərəbistanının dövlət rəsmilərinin və diplomatlarının KAİCİİD-in Vyana toplantısında iştirakı nəzərdə tutulur.
24 iyun tarixində Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Azərbaycan Multikulturalizm Mərkəzi və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Hofburq sarayında baş tutacaq “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi” mövzusunda beynəlxalq tədbirdə Azərbaycanın Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi və Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, tanınmış ictimaiyyət xadimlərinin iştirakı nəzərdə tutulur.
Mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində beynəlxalq əməkdaşlığın artırılması yolu ilə mədəniyyətlərin və ölkələrin yaxınlaşmasına nail olmaq üçün kollektiv səyləri qiymətləndirmək baxımından müsbət imkan kimi dəyərləndirilən Konfransda hökumətlərin, beynəlxalq təşkilatların, siyasətçilərin, vətəndaş cəmiyyəti təşkilatlarının, elm və təhsil xadimlərinin, medianın, dini icmaların və gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər. Konfransın ünvanına Avstriyanın Baş Nazirinin və Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Ali nümayəndəsinin müraciətlərinin daxil olması nəzərdə tutulur.
Reytinq: