Heqiqet.Az » hadise » Bakıda qadının evindən 110 minlik OĞURLUQ


Bakıda qadının evindən 110 minlik OĞURLUQ

18-09-2015, 11:49
Çap et
Bakıda qadının evindən 110 minlik OĞURLUQ Bakıda qadının evindən külli miqdarda pul və qızıl oğurlayan şəxs tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da saat 23:30 radələrində A.Gəraybəyli küçəsində 1968-ci il təvəllüdlü Şəhla Əhmədovanın mənzilindən açarseçmə yolu ilə içərisində 40.000 manat, 20.000 ABŞ dollar və 50.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlmaqda şübhəli bilinən CM-nin 177-ci maddəsi ilə 28 iyul 2015-ci il tarixdən Tərtər RPŞ tərəfindən axtarışda olan Cəlilabad rayon sakini, 1990-cı il təvəllüdlü Elnur Rasim oğlu Əliyev tutulub.
Araşdırmalar davam etdirilir.
Reytinq: