Heqiqet.Az » dunya » ABŞ prezidenti Ukraynaya 600 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb


ABŞ prezidenti Ukraynaya 600 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb

16-09-2022, 05:44
Çap et
ABŞ prezidenti Ukraynaya 600 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb ABŞ prezidenti Co Bayden Ukraynaya 600 milyon dollarlıq yeni hərbi yardım paketi ayrılmağı barədə tapşırıq verıb.
Bu barədə Ağ Evdən bildirilib.
Yayılan ABŞ prezidentinin memorandumunda deyilib ki, o, Ukraynaya “600 milyon dollara qədər” vəsait ayırmaq səlahiyyətini “dövlət katibinə həvalə edib”.
Həmin vəsait “Müdafiə Nazirliyinin maddələrinə olan xərclərinin azaltması” hesabına ayrılır və hərbi təhsil və kadr hazırlığı sahələri də nəzərdə tutur.
Reytinq: