Topdaşıyan uşaqlara görə Neftçi klubu 80 manat cərimə olunub4-10-2022, 07:12
Çap et Bununla bağlı AFFA məlumat yayıb. Məlumata görə: 28.09.2022-ci il tarixində I Divizionun V turunun “Qəbələ-2” – “Zirə-2” oyununda polis nümayəndəsi 15 dəqiqə gecikdiyi üçün “Qəbələ” klubu 40 manat cərimə olunur (maddə 62.2). 29.09.2022-ci il tarixində I Divizionun V turunun “Neftçi-2” – “Zaqatala-2” oyununda topdaşıyan uşaqlar oyun zamanı topla hərəkət etdiyi üçün “Neftçi” klubu 80 manat cərimə olunur (maddə 64.2). 28.09.2022-ci il tarixində I Divizionun V turunun MOİK – “Kəpəz-2” oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur (maddə 39). 28.09.2022-ci il tarixində I Divizionun V turunun MOİK – “Kəpəz-2” oyununun 85-ci dəqiqəsində “Kəpəz” klubunun 20 nömrəli futbolçusu Həsənov Mahir qeyri-idman hərəkətinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1). 28.09.2022-ci il tarixində I Divizionun V turunun MOİK – “Kəpəz-2” oyununun 39-cu dəqiqəsində “Kəpəz” klubunun məşqçisi Orxan Verdiyev hakimlərə qarşı təhqiredici sözlər işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 41.4). 29.09.2022-ci il tarixində I Divizionun V turunun “Səbail-2” – “Qarabağ-2” oyununun 26-cı dəqiqəsində “Qarabağ” klubunun 26 nömrəli futbolçusu Ruslan Bayramov rəqibi aşkar qol vurmaqdan məhrum etməsinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1). 29.09.2022-ci il tarixində I Divizionun V turunun “Səbail-2” – “Qarabağ-2” oyununda top və xərək daşıyan şəxslər komandaların paltardəyişmə otaqlarının yanında gəzdiyi, tuneldən istifadə edərək Zona-1 tələblərini pozduğu üçün “Səbail” klubu 80 manat cərimə olunur. (maddə 60). 29.09.2022-ci il tarixində I Divizionun V turunun “Səbail-2” – “Qarabağ-2” oyununda hakimlər otağında 3 məşqçisinin oturmasına, yalnız hakimlərin gəlişindən sonra çıxmasına görə hakimlər otağın təmizlənməsini bir neçə dəqiqə gözlədiyi üçün "Səbail" klubu 80 manat cərimə olunur (maddə 62.3). Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
