Bakıda qanunsuz ağac kəsintisinə görə iki tikinti şirkətinə cinayət işi başlandı5-10-2022, 07:53
Çap et Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Bakı və Mingəçevir şəhərləri, habelə Yardımlı və Balakən rayonları ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Araşdırmalarla paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “İnteks” MMC-nin istifadəsində olan dövlət mülkiyyətində olan torpaq sahəsində, Səbail rayonu ərazisində “Sabah Residence” MTK-nın xüsusi mülkiyyətində olan torpaq sahəsində 22 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində ekosistemə 194 min manatdan çox məbləğdə maddi ziyanın dəyməsi müəyyən edilib. Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 259.2.3 və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla, habelə qulluq mövqeyindən istifadə etməklə ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
