» » Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb


Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb

7-10-2022, 10:00
Çap et
Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb Bu gün İsveçin paytaxtı Stokholmda 2022-ci il Nobel həftəsi çərçivəsində ədəbiyyat üzrə mükafatın laureatı açıqlanıb.
Mükafatı bu il fransalı yazıçı Anni Erno əldə edib.
82 yaşlı yazıçı "Boş şkaflar", "Xarici həyat" kimi əsərlərin müəllifidir.
Xatırladaq ki, bu həftə isveçli genetik Svante Peebo tibb və fiziologiya, fransalı fizik Alen Aspekt, amerikalı fizik Con Frensiz Klozer, avstriyalı fizik Anton Tsaylinger fizika, amerikalı kimyaçılar Karolin Bertotsi və Karl Barri Şarpless, danimarkalı kimyaçı Morten Meldal kimya üzrə mükafatı qazanıblar.
Qeyd edək ki, oktyabrın 7-də sülh və oktyabrın 10-da iqtisadiyyat üzrə Nobel mükafatlarının laureatları açıqlanacaq.
Mükafatlar ənənəvi olaraq dekabrın 10-da, Alfred Nobelin anım günündə sahiblərinə təqdim olunacaq.
Reytinq: