Heqiqet.Az » tehsil » SDU haqqında qlobal media platformasında məqalə dərc olunub


SDU haqqında qlobal media platformasında məqalə dərc olunub

14-10-2022, 22:43
Çap et
SDU haqqında qlobal media platformasında məqalə dərc olunubSumqayıt Dövlət Universiteti haqqında qlobal media platformasında məqalə dərc olunub
Qlobal media platforması olan “DigitalJournal.com”-da Sumqayıt Dövlət Universiteti haqqında məqalə dərc olunub.
Sumqayıt Dövlət Universitetinin 60 illiyinə həsr olunmuş “Azərbaycanda 60 yaşlı universitet: Sumqayıt Dövlət Universiteti necə dəyişir?” adlı məqalədə Sumqayıtın sənaye şəhəri kimi formalaşmasında, hərtərəfli inkişafında şəhərin yeganə təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin rolundan bəhs olunub, həmçinin Universitetin yenilikləri və gələcək prioritetləri haqqında məlumat verilib.
Sumqayıt Dövlət Universitetinin Xarici Dillər kafedrasının müəllimi Ləman Qocayevanın müəllifi olduğu məqalədə Universitetin dünyanın bir çox nüfuzlu universitetləri ilə tərəfdaşlıq əlaqələrində olması, Universitetin alimlərinin dünyanın aparıcı universitetləri və elmi-tədqiqat mərkəzləri ilə qarşılıqlı əməkdaşlıq etdiyi vurğulanır.
Məqalədə qeyd olunur ki, Sumqayıt Dövlət Universitetində tələbələrin elmi potensialının reallaşdırılması, ən istedadlı məzunların elmi-pedaqoji fəaliyyətə hazırlanması, istedadlı tələbələrin mənəvi və maddi həvəsləndirilməsinə şərait yaradılması istiqamətində də mühüm layihələr həyata keçirilir.
Vurğulanır ki, Sumqayıt Dövlət Universitetinin əsas hədəflərindən biri Beynəlxalq standartlara cavab verən, innovativ, reytinqli, yüksəkixtisaslı kadrlara malik olan universitetə çevrilmək, dünya reytinq cədvəllərinə daxil olmaq və beynəlxalq universitet statusuna sahib olmaqdır. Eyni zamanda qabaqcıl xarici təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi, beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinə nail olmaq qarşıya qoyulmuş əsas məqsədlərdəndir.
Məqalə bu cümlələrlə bitir: “60 illik yubileyi ərəfəsində Sumqayıt Dövlət Universitetinin qarşısında daha bir missiya var: Qloballaşan dünyanın çağırışlarına uyğun olaraq təhsil sistemini yeni, daha yüksək səviyyəyə qaldırmaq və təhsilin keyfiyyətini daha da artırmaq”.

Məqalənin orijinal linki: https://www.digitaljournal.com/pr/60-year-old-university-in-azerbaijan-how-is-sumgait-state-university-changing

www.sumqayitxeber.com
Reytinq: