Demo Sayt » hadise » Biləsuvarda xəstə qadın su kanalında boğulub


Biləsuvarda xəstə qadın su kanalında boğulub

21-09-2015, 11:49
Çap et
Biləsuvarda xəstə qadın su kanalında boğulub Biləsuvarda 30 yaşlı qadın su kanalına boğularaq ölüb.
Biləsuvar Rayon Prokurorluğundan verilən məlumata görə, dünən Biləsuvar şəhər sakini, 1985-ci il təvəllüdlü Elnarə Cəfərova yaşadığı evin yaxınlığından keçən su kanalında düşərək boğulub.
Qeyd edək ki, E.Cəfərovanın epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda araşdırma aparılır.
Reytinq: