Özbəkistanda qaz və enerji verilişindəki fasilələrə görə bir neçə məmur həbs edilib12-12-2022, 08:47
Çap et Özbəkistanın vilayətlərində bir sıra energetika müəssisələrinin rəhbərləri həbs edilib.“UzA”ya istinadən xəbər verilir ki, onlar istehlakçıların qaz və elektrik enerjisi ilə təchizatında yaranan nasazlıqlara görə məsuliyyətə cəlb olunublar. Bir gün əvvəl Özbəkistan Prezidenti administrasiyasının rəhbəri Sardor Umurzakov enerji resursları məsələləri üzrə qərargahın növbəti iclasını keçirib. "İclasda qeyd olunub ki, qanun pozuntusuna yol vermiş, məsuliyyətsizlik nümayiş etdirən bəzi sahə rəhbərləri barəsində cinayət işi başlanılıb. Onlar barəsində həbs-qətimkan tədbiri seçilib", - deyə “UzA” saytı məlumat yayıb. Ötən həftədən etibarən Özbəkistanda soyuq havanın başlaması ilə əlaqədar tez-tez elektrik enerjisinin kəsilməsi halı baş verir. Ölkənin bir sıra rayonlarında qaz qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrinin işi məhdudlaşdırılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Özbəkistanın vilayətlərində bir sıra energetika müəssisələrinin rəhbərləri həbs edilib.