“Rauf Hacıyev -100” Musiqi Festivalı Gəncə şəhərində davam etdi19-12-2022, 19:54
Çap et “Rauf Hacıyev – 100” Musiqi Festivalı çərçivəsində 15 dekabr 2022-ci il tarixində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında estrada konserti keçirildi. Konsert Mədəniyyət Nazirliyinin dəstəyi, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı altında hazırlandı. Musiqi gecəsi Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun salamlayıcı nitqi ilə açıldı. Öz çıxışında V.Cənnətov Rauf Hacıyevin musiqi irsinin Azərbaycan musiqi mədəniyyətindəki müstəsna rolunu vurğuladı, ölkə başçısı İlham Əliyevin Sərəncamına əsasən bu il ərzində Gəncədə R.Hacıyev yubileyi çərçivəsində bir sıra tədbirlərin keçirildiyi haqda söz açdı. Sonra Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin əməkdaşı, musiqişünas Turan Məmmədəliyeva çıxış üçün səhnəyə dəvət aldı və Rauf Hacıyevin fəaliyyətinin ilə yaradıcılığının musiqi mədəniyyətimizdə tutduğu mühüm yeri, bəstəkarın musiqisinin özəl və novator cəhətləri barədə söz açdı. Musiqi gecəsində şəhər sakinləri ilə bahəm jurnalistlər, kütləvi media nümayəndələri və bəstəkarın ailə üzvləri iştirak etdilər. Musiqi axşamı üçün hazırlanmış proqram Xalq artisti Rafayel Bayramovun idarə etdiyi Kamera orkestri və Şəhriyar Tağıyevin rəhbərlik etdiyi “Xəmsə” Estrada ansamblı tərəfindən hazırlanmışdı. Konsertin iştirakçıları, solistlər – Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, ansamblın solistləri Əli Məmmədov, Rüstəm Cəfərov, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, klassik müğənnilər Leyla Məmmədova, Elmir Pişnamazzadə, Vasif Bayramov Rauf Hacıyevin “Sevgilim”, “Mehriban Bakı”, “Saçlarına gül düzüm”, “Leyla”, “Bahar sənsiz”, “Bənövşə”, “Azərbaycanım” və digər mahnı inciləri ilə instrumental kompozisiyalarını ifa etdilər. Proqram çərçivəsində bəstəkarın kamera orkestri üçün “Qızlar rəqsi” adlı miniatürü də ilk dəfə ifa olundu. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
