Heqiqet.Az » sosial » İraq və Suriyadan qaytarılan 57 şəxsə sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir


İraq və Suriyadan qaytarılan 57 şəxsə sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir

19-02-2023, 20:03
Çap et
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi hazırda 57 repatrianta və ailə üzvlərinə evlərində sosial-psixoloji reabilitasiya xidmətlərini davam etdirir.
Nazirlikdən verilən məlumata görə, agentliyin sosial işçi və psixoloqlardan ibarət mütəxəssis qrupları repatriantların ailələrinə səfər edərək onların və ailə üzvlərinin reabilitasiyasını həyata keçirir.
Qeyd edək ki, ümumilikdə İraq və Suriyadan ölkəmizə repatriasiya olunmuş 400-dən çox şəxs Sosial Xidmətlər Agentliyi tərəfindən hər biri üzrə reabilitasiya planı hazırlanmaqla sosial reabilitasiya və re-inteqrasiya xidmətləri ilə təmin edilib.
Reytinq: