Heqiqet.Az » iqtisadiyyat » Yanvar-fevral aylarında Türkiyə Azərbaycana kimyəvi maddə ixracını 15 faizdən çox artırıb


Yanvar-fevral aylarında Türkiyə Azərbaycana kimyəvi maddə ixracını 15 faizdən çox artırıb

10-03-2023, 11:42
Çap et
Türkiyə 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycana kimyəvi maddə ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz artıraraq 76,9 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.
Fevral ayında Türkiyə Azərbaycana kimyəvi maddə ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 7,4 faiz artıraraq 38,7 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin fevral ayında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz azalaraq 2,3 milyard dollara bərabər olub.
Bu ilin yanvar-fevral aylarında Türkiyə 4,5 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin yanvar-fevral ayları ilə müqyisədə 0,5 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2022- fevral 2023) Türkiyə 33,5 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.
Reytinq: