Heqiqet.Az » sosial » Azad olunmuş ərazilərdə 144,4 min daşınmaz əmlak təsbit edilərək Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə daxil edilib


Azad olunmuş ərazilərdə 144,4 min daşınmaz əmlak təsbit edilərək Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə daxil edilib

17-03-2023, 11:34
Çap et
Azad olunmuş ərazilərdə 144,4 min daşınmaz əmlak təsbit edilərək Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə daxil edilib .
Bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd edilib.
İşğaldan azad olunmuş ərazilərdə dəymiş ziyanın müəyyən edilməsi məqsədilə yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər dövlət müəssisə və təşkilatlarının nümayəndələrinin iştirakı ilə işğala qədər mövcud olan topoqrafik xəritələr üzərindən rəqəmsallaşdırılması mümkün olmuş 163,9 min ədəd daşınmaz əmlakdan (bina, tikili və qurğu), 144,4 mini təsbit edilərək "Qarabağ Rəqəmsal Geoinformasiya Sistemi" nə daxil edilib.
Bunlardan Zəngilan rayonu 22 inzibati ərazi dairəsi (İƏD), üzrə 8954, Qubadlı rayonu 31 İƏD üzrə 9754, Xocavənd rayonu 10 İƏD üzrə 12040, Tərtər rayonu 8 İƏD üzrə 7603, Füzuli rayonu 21 İƏD üzrə 19842, Kəlbəcər rayonu 46 İƏD üzrə 16654, Cəbrayıl rayonu üzrə 23 İƏD üzrə 14037, Laçın rayonu 49 İƏD üzrə 14957, Ağdam rayonu 26 İƏD üzrə 24738, Şuşa rayonu 12 İƏD üzrə (Şuşa şəhəri istisna olmaqla) 4229, Xocalı rayonu 4 İƏD üzrə 7511, Xankəndi şəhəri və Kərkicahan qəsəbəsində azərbaycanlı ailələrinin yaşadığı çoxmənzilli bina və fərdi yaşayış evləri üzrə 4091 ədəd daşınmaz əmlak təşkil edib.
Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.
Reytinq: