Qadın güləşi üzrə Azərbaycan millisi Avropa çempionatına Polşada hazırlaşır31-03-2023, 11:48
Çap et Qadın güləşi üzrə Azərbaycan millisi Avropa çempionatına Polşada hazırlaşır.Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verilir ki, Spala Olimpiya Təlim-Məşq bazasında məskunlaşan yığmamız Polşa, Bolqarıstan, Fransa və Rumıniya komandaları ilə birgə təlim-məşq toplanışı keçir. Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında hazırlıq prosesində Mariya Stadnik (50 kq), İlona Didyak (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq) və Birgül Soltanova (65 kq) iştirak edirlər. Qeyd edək ki, taktiki-texniki çalışmalara üstünlük verilən toplanış aprelin 8-dək davam edəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Qadın güləşi üzrə Azərbaycan millisi Avropa çempionatına Polşada hazırlaşır.