31 Mart soyqırımı faciəsinin dünyaya yayılması istiqamətində mühüm işlər aparılır31-03-2023, 20:02
Çap et Dünya Azərbaycanlıları “Böyük Ermənistan” xülyasının reallaşdırma planının tərkib hissəsi olan mart soyqırımını heç vaxt unutmayacaq. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. Mart qırğınları Cənubi Azərbaycanda da davam etdirilib. Ermənilər 105 il əvvəl törətdikləri bu cinayətləri son 30 illikdə də eyni xislətlə davam etdirdilər. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aşkarlanan kütləvi məzarlıqlar Ermənistanın hərbi cinayətlərinin, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin növbəti sübutudur. Azərbaycan xalqına qarşı Sovet dövründə törədilən vəhşiliklər I Qarabağ müharibəsi zamanı- Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya, Başlıbel faciələri ilə davam etdirildi. Həmçinin 44 günlük Vətən müharibəsi dövründə Gəncənin, Bərdənin qadağan olunmuş silahlarla vurulması, yəni ağır müharibə cinayətləri dünyanın gözü qarşısında baş verib. 100 ildən artıq Azərbaycan xalqına qarşı davam etmiş bu soyqırımı siyasətini Vətən müharibəsindəki tarixi qələbəmiz dayandırdı. Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması istiqamətində mühüm işlər aparılır. Təsadüfi deyil ki, Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törədilmiş soyqırım, deportasiya və təqib siyasətinə qarşı Azərbaycan Respublikası Baş Prokurorluğunda cinayət işi açılıb. Bekəliklə, tarixi faktlarda beynəlxalq və milli qanunvericilikdə nəzərdə tutulan cinayət əlamətlərinin olduğu təsdiqlənir. Buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırım, əhalini deportasiya etmə və ya məcburi köçürmə, təqib, xüsusi amansızlıqla qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə ibtidai istintaqın gedişində xarici ölkələrin prokurorluq orqanlarına hüquqi yardım haqqında vəsatətlərin göndərilməsi və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi nəzərdə tutulur. Aysel Dünyamalıyeva, Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
