Samux-Tovuz ərazilərində “Agro Dairy” MMC-nin “Payızlıq dənli bitkilərin toxumçuluğu üzrə açıq qapı günü” keçirilib2-06-2023, 13:29
Çap et “Açıq qapı günündə” toxumçuluqla və taxıl istehsalı ilə məşğul olan özəl və dövlət qurumlarının 70 nəfərdən çox nümayəndələri iştirak etmişdirlər. İştirakçılar arasında Dövlət Toxum Fondunun, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun nümyəndələri, ADAU-nun müəllim heyəti və tələbələri, Samux/Tovuz DAIM əməkdaşları, özəl təsərrüfatların rəhbərləri, alimlər, aqronomlar, mütəxəssislər və digər maraq göstərənlər olmuşdur. Bütün iştirakçıları qarşıladıqdan sonra onlara Sətəm mütəxəssizi tərəfindən təlim kecirilmişdir və Tovuz sahəsinə xüsüsi avtobuslarla yollanmışdılar. Tovuz ərazisində ilk olaraq Agro Dairy ərazilərində yetişdirilən payızlıq ərzaqlıq buğdanın Balaton, Maurizio, Gaudio, Qırmızıgül 1, Xəzri, Ləyaqətli 80, arpanın Finola və Arcanda sortları nümayiş olunmuşdur. Daha sonra Payızlıq buğdanın Agro Dairy ərazisində ilk dəfə yoxlanılan sınaq-nümayiş əkinlərində olan Zampano (Avstriya), Almiera, Tigre (Fransa), Baqrat (Rusiya), arpanın Piroska, Gremonia (Avstriya), Manava və Oberek (Fransa) sortlarına baxış keçirilmişdir və onların təsərrüfat-bioloji xüsusiyyətləri ilə tanış olmuşdurlar. Agro Dairyin Ceyrançöl ərazisi üzrə baş aqronomu, baş aqronomun müavini sınaq-nümayiş əkinlərində olan sortlar barədə ətraflı və müfəssəl məlumat vermişdirlər. Ümümi olaraq 8 pivot sahələrinə baxış keçirilmişdir və, Agro Dairyin peşəkar aqranomları iştirakçılara müfəssəl məlumat təqdim edib, iştirakçıların çoxsaylı suallarını cavablandırmışdılar. Agro Dairy tərəfindən üçüncü dəfə təşkil edilmiş “açıq qapı günündə” iştirakçıların çoxsaylı sualları cavablandırılmış, ayrı-ayrı sortların toxumuna təlabat və toxumçuluqda prioritet məsələlər barədə fikir mübadiləsi aparılmış, toxumluq məhsul istehsalı zamanı planlaşdırma işlərində iştirakçıların arzu və tövsiyələrinin nəzərə alınmasına xüsusi önəm verilməsi qeyd edilmişdir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
