Yanvar-may aylarında Qazaxıstan vətəndaşları Türkiyədə 600-dən çox daşınmaz əmlak satın alıblar19-06-2023, 11:11
Çap et Bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib. Məlumata görə, bu ilin may ayında Qazaxıstan vətəndaşları Türkiyədə 107 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin may ayı ilə müqayisədə 111 obyekt azdır. Qeyd edək ki, 2023-cü ilin may ayında Türkiyədə 113 min 276 mənzil satın alınıb ki, bu da 2022-ci ilin may ayı ilə müqayisədə 7,7 faiz azdır. Məlumata görə,2023-cü ilin yanvar-may aylarında Türkiyədə 482 min 143 mənzil satın alınıb. "Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz azdır", - deyə nazirlikdən qeyd edilib. 2023-cü ilin may ayında Türkiyədə xarici vətəndaşlara 3 min 167 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 46,9 faiz azdır. Eyni ilin yanvar-may aylarında əcnəbi vətəndaşlar Türkiyədən 16 min 650 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz azdır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
