Göygöldə növbəti təmizlik aksiyası keçirildi7-07-2023, 11:59
Çap et Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı, Göygöl Lake Resort MMC və Göygöl Milli Parkının birgə təşkilatçılığı ilə Göygöl Milli Parkının ərazisində təmizlik aksiyası keçirilmişdir.
"Atributinfo.az" xəbər verir ki, Dayanıqlı İnkişaf Proqramı çərçivəsində “Plastksiz iyul” şüarı ilə keçirilən təmizlik aksiyası çərçivəsində Göygöl Milli Parkının ərazisində və yol kənarlarında təmizlik işləri aparılmış, ərazi tullantılardan təmizlənmişdir. Keçirilən aksiyada YAP Göygöl rayon təşkilatının fəalları, Göygöl Lake Resort MMC və Göygöl Milli Parkının əməkdaşları iştirak etmişdir. Ümumilikdə 65 nəfərin iştirak etdiyi tədbir zamanı ərazidə olan tullantılar polietilen torbalara toplanılaraq daşınması təmin olunmuşdur. Zahir Məmmədov "Atributinfo.az" Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
