Kanadada baş verən yanğınların tüstüsü ABŞ şəhərlərinə çatıb19-07-2023, 11:38
Çap et Britaniya Kolumbiyası əyalətində 110 təbiət yanğınını hələ də nəzarət altına almaq mümkün olmur. Onlardan 23-ü insanlara və ya vacib infrastruktura zərər vura bilər. Kanada Silahlı Qüvvələrinin hərbçiləri və Sahil Mühafizə Xidmətinin əməkdaşları yanğınsöndürənlərə dəstək üçün regiona göndərilib. Kvebek əyalətində hazırda 102 aktiv yanğın ocağı var. Hakimiyyət orqanlarının məlumatına görə, bu il baş verən 507 yanğın əyalətin cənubunda 1,5 milyon hektar meşə sahəsinə zərər vurub. İyulun 17-də Ontario əyalətində 69 yanğın qeydə alınıb. Ötən həftə Kanadada meşə yanğınları ilə mübarizə aparan iki yanğınsöndürən, həmçinin tibb bacısı və azyaşlı uşaq həlak olub. Kanadada baş verən yanğınların tüstüsü ABŞ şəhərlərinə də çatıb. Nyu-York, İllinoys, Miçiqan, Ohayo və Montana da daxil olmaqla, ABŞ-ın 12 ştatının yerli hakimiyyət orqanları havanın keyfiyyətinin korlana biləcəyi barədə xəbərdarlıq edib. Birləşmiş Ştatların Milli Meteorologiya Xidmətinin məlumatına görə, Kaliforniya ştatındakı Ölüm Vadisində 52,2 dərəcə temperatur rekordu qeydə alınıb. Amerikalı yanğınsöndürənlər bu ştatda iyulun 14-də başlayan və 3 min hektardan çox əraziyə yayılan təbiət yanğınlarının 35 faizini söndürməyə müvəffəq olub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
