Heqiqet.Az » medeniyyet » Azərbaycanda iki İttifaq BİRLƏŞDİ


Azərbaycanda iki İttifaq BİRLƏŞDİ

27-07-2023, 13:44
Çap et
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşib.
Bu barədə ARKİ-nin təsisçiləri və AKİ-nin idarə heyətinin birgə bəyanatında deyilir.
Qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyətin qarşısında yeni ideoloji hədəflər müəyyən edib. Azərbaycan kinematoqrafçıları da reallığın çağırışı olan bu hədəflərə doğru irəliləyən mütərəqqi cəmiyyətimizin tərkib hissəsidir.
"Vətən Müharibəmizdə əldə etdiyimiz Şanlı Qələbə bizlərə birlik nümunəsi oldu. Həm 1963-cü ildən fəaliyyət göstərən Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ), həm də 2012-ci ildə yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) fəaliyyətinin təməl prinsipi də həmrəyliyə xidmət etməkdir. Məhz buna görə də ARKI-nin sədri təsisçiləri və AKİ-nin idarə heyəti birgə verdiyimiz bu bəyanatla bildirmək istəyirik ki, Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyik yubileyi ərəfəsində vahid, yeni idarəetmə formasında birləşmək qərarına gəldik.
Bu təşəbbüs hər iki ittifaqın ümumi rəyini ehtiva edir və kollegial qəbuledimiş.Hamınıza gələcək fəaliyyətinzdə uğurlar arzulayırıq və digər həmkarlarımızı da yeni və mütərəqqi idarəetmə modeli ilə fəaliyyət göstərmək təşəbbüsümüzə qoşulmağa çağırırıq", - bəyanatda vurğulanır.
Reytinq: