Türkiyə öz oxunu möhkəmləndirən bir ölkədir - TBMM sədri Numan Kurtulmuş9-08-2023, 12:16
Çap et Bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş 14-cü Səfirlər Konfransında çıxışı zamanı deyib. “Biz bütün sahələrdə mübarizəmizi davam etdirəcəyik. Özümüzə böyük hədəflər qoymalıyıq. Birinci hədəfimiz güclü Türkiyə yaratmaqdır. Türkiyə olaraq xarici siyasət oxundakı hədəflərimizi gücləndirməyə davam edəcəyik", - deyə sədr bildirib. Numan Kurtulmuş qeyd edib ki, ikinci hədəf Türkiyə oxunu möhkəmləndirməkdir. Türkiyənin milli maraqlarından istifadə edərək rasional olaraq Türkiyə oxunu qurmalıyıq. "Üçüncü məqsədimiz ədalətli qlobal sistemin qurulması üçün mübarizə aparmaqdır. Yeni bir dünya qurulacaq və Türkiyə burada mütləq lider rolu oynayacaq", - deyə o əlavə edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
