Zibil qutusuna atılan körpə xəstəxanadan buraxıldı17-08-2023, 15:51
Çap et Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Bildirilib ki, 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına gətirilən körpənin müalicələri yekunlaşıb. Son olaraq müayinələrdən keçirilən körpənin səhhətində hər hansı narahatlıq aşkarlanmayıb, müalicələrdən sonra götürülən analizlərdə neqativ hal müşahidə olunmayıb, çəkisi 3 kiloqram 600 qramdan artıq olub. Müalicələri yekunlaşan körpə xəstəxanadan buraxılaraq 1 saylı Körpələr Evinə təhvil verilib. Qeyd edək ki, körpə ötən ayın 17-də anası tərəfindən zibil qutusuna atılmışdı. Körpə Bakı Şəhər Sabunçu rayonu 12-ci Polis Bölməsi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası vasitəsi ilə Səhiyyə Nazirliyinin 1 nömrəli körpələr evinə qəbul edilmişdi. Körpə qəbuldan sonra tibbi müayinədən keçirilməsi üçün 2 saylı Ə.Qarayev adına Uşaq Kliniki Xəstəxanasına göndərilmişdi. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
