Regionlarda ailəvi istirahət üçün bu məkanlar daha ucuzdu29-08-2023, 11:39
Çap et Bu il Azərbaycanda daxili turizm məkanlarında və istirahət mərkəzlərində qiymətlər demək olar ki, bahalaşmayıb.
Bunu turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov deyib. Onun sözlərinə görə, bunun səbəblərindən biri əvvəlki illə müqayisədə daha çox Azərbaycan vətəndaşlarının istirahət üçün xaricə getməsidir. “Bu il daxili turizmdə o qədər də təzyiq olmayıb. Çünki Azərbaycan vətəndaşları xarici ölkələrdə istirahətə daha çox gedib. Əgər ötən il 1.5 milyon Azərbaycan vətəndaşı xaricə səfər etmişdisə, bu il böyük ehtimalla o rəqəmdən ən azı iki dəfə çox olacaq. Yəni ötən il daxili bazara yönələn vətəndşlarımızın bir qismi bu il istirahət üçün xaricə gedirlər”, - deyə C.Aşırov bildirib. Onun sözlərin görə, digər tərəfdən istirahət üçün alternativlər artıb. “Müasir standartlara cavab verən kənd evləri dövriyyəyə girib, yeni hotellər istifadəyə verilib. Misal üçün, hotel otağı 250-300 manatdırsa, onun yaxınlığında müasir standartlara cavab verən kənd evləri təşkil olunub ki, qiyməti 100-150 manatdır. Bu da alternativ bir variantdır. Həm də əgər bəzən bir ailə qalmaq üçün hoteldə iki otaq götürməli olursa, evdə ailə rahatlıqla qala bilir”, - deyə ekspert əlavə edib. Qeyd edək ki, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 19,8 faiz artaraq 993,5 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,6 dəfə, Gürcüstana gedənlərin sayı 32,5 faiz, Türkiyəyə gedənlərin sayı 6,4 faiz artmış, İrana gedənlərin sayı 24,7 faiz azalıb. Ölkə vətəndaşlarının 42,5 faizi Türkiyəyə, 22,7 faizi Rusiya Federasiyasına, 9,2 faizi Gürcüstana, 7,7 faizi İrana, 17,9 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 66,5 faizini kişilər, 33,5 faizini qadınlar təşkil edib. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
11:22
Millətlər Liqası: Azərbaycan millisinin Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıb10:38
Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcəkHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|