Vaqif Mustafayev: Heydər Əliyev haqqında çəkdiyim filmlər yaradıcılığımda əsasdır29-08-2023, 11:54
Çap et 70 illik yubileyimin keçirilməsi məni çox sevindirir. Bütün bu olanlar hər biri “Heydər Əliyev İli” çərçivəsində reallaşıb. Mənim bütün həyatım Ulu Öndər Heydər Əliyev ilə bağlıdır.
Bu sözləri jurnalistlərə müsahibəsində Xalq artisti, kinorejissor Vaqif Mustafayev Nizami Kino Mərkəzində 70 illik yubileyi münasibətilə keçirilən yaradıcılıq gecəsində deyib. “Birinci başlamaq lazımdır “Mozalan”ımdan. Ümummilli Lider məni Moskvaya təhsil almağa göndərmişdi. Mənim Heydər Əliyev haqqında çəkdiyim filmlər yaradıcılığımda əsasdır. Bu gün 70 illiyimin qeyd olunması mənə olan hörmətin göstəricisidir. Bu qədər mənə olan sevgi-məhəbbəti bilmirdim. Bütün bu sevginin qarşılığında yaşamağa və kino çəkməyə dəyər. Çox şadam ki, əziz jurnalistlər siz də mənə bu qədər qayğı və diqqət göstərirsiniz. Həyatımın mənası insanlara, cəmiyyətə, kinoya və dövlətə gərək və lazımlı olmaqdır. Mən kino ilə bağlı əlimdən gələni etmişəm. Qarabağla bağlı “Hər şey yaxşılığa doğru”, “Fəryad” və “Dərdimi çəkirəm” filmlərini ekranlaşdırdım. Yəqin ki, işimi görə bildiyim üçün insanlar məni sevir”, - deyə Vaqif Mustafayev söyləyib. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
11:22
Millətlər Liqası: Azərbaycan millisinin Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıb10:38
Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcəkHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|