Əməkdar artist Çində keçirilən beynəlxalq musiqi festivalının açılışında çıxış etdi14-09-2023, 13:07
Çap et ![]() Musiqi festivalı oktyabrın 31-də başa çatacaq. Iki aya yaxın davam edəcək tədbirlərdə şəhərin müxtəlif məkanlarında ümumilikdə 59 konsert proqramı təqdim olunacaq. Kəmər və Yol Təşəbbüsü strategiyası ( əvvəlki adı "Bir kəmər, bir yol") 2013-cü ildə irəli sürülüb. Strategiya tarixi İpək yolunun yeni variantda bərpası ilə Çinin Avropa və digər dünya ölkələri ilə iqtisadi əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur. Təşəbbüs olaraq ilk dəfə 2013-cü ilin sentyabrında Çin rəhbərinin Qazaxıstana rəsmi səfəri zamanı strategiya "İpək Yolu İqtisadi Kəməri" adı ilə elan edilmişdi. Strategiyanın şərəfinə təşkil edilən festival müxtəlif ölkələrin mədəniyyət və incəsənətinin təbliğində mühüm rol oynayır. Dünyanın hər yerindən yüksək səviyyəli sənətçiləri bir araya gətirən Kəmər və Yol Təşəbbüsü Beynəlxalq Musiqi Festivalı 2017-ci ildən bəri Shenzhen Bələdiyyə Hökumətinin ev sahibliyi etdiyi yüksək səviyyəli mədəni tədbirə və tanınmış beynəlxalq mədəniyyət hadisəsinə çevrilə bilib. Buna görə də açılış konsertində "Kəmər və Yol" boyunca yerləşən ölkələrin məşhur ifaçılarının bir arada çıxış etməsi festivalın əsas konsertlərindən biri hesab edilir. Festivalda 60-dan çox şəhərdən 2500 sənətçinin çıxışı nəzərdə tutulub. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|