Bu ölkədən idxal olunan məhsullarla bağlı XƏBƏRDARLIQ31-10-2023, 15:27
Çap et Qeyd olunub ki, agentlik tərəfindən Vyetnamın səlahiyyətli dövlət qurumları olan Kənd Təsərrüfatı və Kənd İnkişaf, Səhiyyə, Sənaye və Ticarət nazirliklərinə məktub göndərilib. Məktubda bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, respublikamıza heyvan mənşəli qida məhsullarını ixrac etmək niyyətində olan xarici qida subyektləri Agentlik tərəfindən təsdiqlənməlidir. Sözügedən məhsulların istehsal edildiyi və emal olunduğu müəssisələrin təsdiqlənməsi üçün qida subyektləri AQTA-ya müraciət etməlidirlər. Həmin obyektlərdə yerində və ya videoinspeksiya formatında qiymətləndirmə həyata keçirilməlidir. Məktubda qeyd olunub ki, 2023-cü il 1 noyabr tarixindən etibarən müvafiq qaydada təsdiq edilməmiş Vyetnamdakı müəssisələrdən Azərbaycana qida məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunacaqdır. AQTA bir daha ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edərək bildirir ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
