YAP İdarə Heyətinin iclası keçirilir15-12-2023, 10:26
Çap et İclasda fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərində hakim partiyanın namizədinin müəyyən edilməsi gözlənilir. İclasda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulur. - Növbədənkənar Prezident seçkilərinə namizədin irəli sürülməsi; - Seçkilərlə əlaqədar Qərargahın yaradılması; - Prezidentliyə namizədin nümayəndələrinin seçilməsi; - Təşkilati məsələlər. Qeyd edək ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dekabrın 12-də jurnalistlərə açıqlamasında YAP İdarə Heyətinin iclasının keçiriləcəyini bildirmişdi. Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
