Pedaqoji Universitet Avrasiya Universitetlər Birliyinə üzv olub25-12-2023, 13:58
Çap et Görüşdə ADPU-nu universitetin rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, beynəlxalq əlaqələr üzrə prorektor, prof. Mahirə Hüseynova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, İAU-nu isə universitetin rektoru və Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti Mustafa Aydın, EURAS üzrə prezidentin müşaviri İrem Arman, EURAS-ın baş direktoru və İAU-nun administratoru Səbinə Hüseynova, EURAS prezidentinin köməkçisi Tuğçe Koçkat, İAU-nun Azərbaycan ofisinin təmsilçisi Ceyhun Qəşəmli və ofisin əməkdaşı Xədicə Karataş təmsil edib. Görüşün əsas məqsədi universitetlər arasında mümkün əməkdaşlıq əlaqələrinin müzakirəsi, bu çərçivədə əməkdaşlıq protokolunun imzalanması və ADPU-nun EURAS-a üzv olması məsələlərinin müzakirəsidir. İstanbul Aydın Universitetinin nümayəndə heyəti ilə görüşün yekununda rektorlar prof. Cəfər Cəfərov və Mustafa Aydın universitetlər arasında qarşılıqlı əməkdaşlığa dair memorandum və EURAS-a üzvlüyə dair müqavilə imzalayıblar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
