Xətai Sənət Mərkəzində “BAHARIN RƏNGLƏRİ” Respublika Uşaq Rəsm Yaradıcılıq Turniri keçiriləcək16-01-2024, 11:35
Çap et 5 fevral 2024-cü il tarixədək iştirak üçün 10-21 yaş arası uşaq, yeniyetmə və gənc aşağıdakı ANKETİ tamamlayaraq turnir2024@gmail.com adresinə göndərilməlidir. Soyadı, adı: Təvəllüdü: Təhsil aldığı məktəb: Əlaqə: Məktubunuzun cavabında sizin üçün iştirak edəcəyiniz gün və saat moderator tərəfindən təyin olunacaq. Plenerə tək və ya qrup şəklində qoşulmaq olar. Hər kəs yalnız bir dəfə iştirak edə bilər. İştirakçı 2 iş günü ərzində iştirak etmə tarixini dəyişə bilər. İştirakçı akvarel boyaları ilə "BAHAR" mövzusunda bir rəsm əsərini ərsəyə gətirməlidir. Hər bir iştirakçıya standart ölçüdə akvarel kağız tərəfimizdən təqdim olunacaq. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və fərdi düşüncəyə üstünlük veriləcək. Ən yaxşı 100 əsər sərgilənmək üçün seçiləcək. Sərgilənəcək əsərlər, müəlliflər və sərginin vaxtı Xətai Sənət Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının media hesablarında (facebook, instaqram və s.) paylaşılacaq. Sərginin virtual kataloqu olacaq. Sərgilənəcək əsərlər Xətai Sənət Mərkəzinin kolleksiyasında saxlanılacaq. Əsəri sərgidə nümayiş olunan müəlliflərə Artcreation brendindən hədiyyə və sertifikat təqdim olunacaq. Əlavə suallar üçün tel/whatsapp: (051) 310-74-01. Hüseynbala Həsən Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
