"Koroğlu" metrostansiyasının qarşısında 33 yaşlı kişi öldürüldü24-01-2024, 12:13
Çap et Bu barədə Nizami Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, bu gün saat 11 radələrində paytaxtın Nizami rayonu, "Koroğlu" metrostansiyasının qarşısındakı mağazalardan birində 1991-ci il təvəllüdlü Nurlan Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun aralarında yaranmış mübahisə zamanı Nurlan Məmmədova bıçaqla xəsarət yetirərək, qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Əhməd Hüseynov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Daxili İşlər Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün saat 10:30 radələrində paytaxtın Nizami rayonunda küçələrin birində 1991-cı il təvəllüdlü Məmmədov Nurlan Kərəm oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. CHüseynov Əhməd Balaəli oğlu könüllü polisə gələrək cinayət hadisəsini onun törətdiyini bildirib. İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
