Bakıda "KamAZ" qaçırıldı8-02-2024, 12:16
Çap et Bakıda "KamAZ" qaçırılıb.Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, fevralın 4-nə keçən gecə Sulutəpə qəsəbəsi ərazisindən “KamAZ” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən Fətəliyev saxlanılıb. Polis əməkdaşları həmin avtomobili onunla birlikdə Abşeron rayonunun Çaylı kəndində hissələrə bölüb satmaqda şübhəli bilinən tanışı, əvvəllər məhkum olunmuş Urfan Əhmədovu da müəyyən edərək saxlayıblar. E.Fətəliyevin M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən daha bir “KamAZ” markalı avtomobili qaçırması da müəyyən olunub. Həmin avtomobil də polis əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində tapılıb. Faktla bağlı araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bakıda "KamAZ" qaçırılıb.